Gədəbəydə evdən oğurluq edən şəxs saxlanılıb

N mətbuat xidmətinin Gəncə regional qrupundan Milliqazetä verilən məlumata görə, Gədəbəy RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mənzillərdən birindən oğurluq edən şəxs tutulub.
Rayonun Slavyanka kənd sakini olan bir qadın RPŞ-yə müraciət edərək ona məxsus evdən oğurluq olunduğunu bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəli müəyyən edilib və o saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Aparılan araşdırmalar zamanı Slavyanka kənd sakini Ədalət Rzayev etiraf edib ki, pəncərəsini sındıraraq daxil olduğu evdən yataq dəstləri, məişət əşyaları, bir ədəd qadın əl çantası, 5000 rubl və 70 manat oğurlayıb.
Qeyd edək ki, RPŞ-nin əməkdaşları oğurlanan məişət əşyalarını maddi sübut kimi götürsələr də, saxlanılan şəxs pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.

