Satıcı işlədiyi mağazadan 30 min manatlıq oğurluq edən paytaxt sakini tutulub

Mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Milliqazetä verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.