5 yaşlı Luizanın ölümü: anası onu niyə internat evinə vermək istəyib?

Qızını öldürməkdə təqsirləndirilən qadının növbəti məhkəməsi keçirilib.
Milliqazet xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gülnarə Sayfullayevanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Ramella Allahverdiyeva sədrlik edib.
Təqdirləndirilən şəxsin anası rus, atası isə ləzgidir. G.Sayfullayeva təhsilinin olmadığını, 6-cı sinifə qədər oxuduğunu söyləyib və bir qızının olduğunu bildirib. Sayfullayeva qızını öldürmədiyini söyləyib.
Məhkəmədə şahid Vahid Babayev ifadə verib.
Qusar rayon sakini olan V.Babayev bildirib ki, eyni kənddə yaşayıblər və qohumdurlar. V.Babayev bildirib ki, mərhumun atası ona zəng edərək belə bir hadisənin olduğunu deyib. O söyləyib ki, Sayfullayeva qızını döyürmüş. Suallara cavab verən şahid Sayfullayevanın qızını internata vermək fikrinin olduğunu da deyib.
Təqdirləndirilən şəxs isə buna etiraz edib və söyləyib ki, deyilənlər yalandır: "Mən heç vaxt qızəmı döyməmişəm".
Şahid V.Babayev G.Sayfullayevanı ittiham edib: "Sən uşağı qəsdlə öldürmüsən. Düzünü etiraf elə".
G.Sayfullayeva şahidin bu sözlərinə qəzəblənib və uşağını öldürmədiyini bir daha təkrarlayıb.
Vəkilin suallarını cavablandıran V.Babayev əlavə edib ki, G.Sayfullayevanın anası onu məcbur edib ki, 5 yaşlı Luizanı internat evinə versin.
Növbəti məhkəmə iclası noyabrın 1-nə təyin edilib.
Bildirək ki, dəşhətli hadisə Qusarda baş verib. Rayonun Hil kəndində yerləşən fermada yaşayan Gülnarə Sayfullayeva qızı, 2012-ci il təvəllüdlü Sayfullayeva Luizanı zəhərləyib.
Qətl hadisəsi baş verərkən yayılan məlumatda bildirilirdi ki, 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb.