Azərbaycanlı tələbə otaq yoldaşını qətlə yetirdi

Kiyevdə Azərbaycandan olan tələbənin iştirakı ilə qətl hadisəsi baş verib.
Milliqazet "Komsomolskaya Pravda – Ukrayna"ya istinadən xəbər verir ki, qətl kirayə mənzildə törədilib.
Bildirilir ki, gənc oğlan və qız birgə yaşayıblar. Hadisə zamanı oğlan qıza 10 bıçaq zərbəsi vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.