28 yaşlı 4 uşaq anası hakim qarşısında - professorun evindən oğurluq edib

Oğurluqda təqsirləndirilən 4 uşaq anasının məhkəməsi başlayıb. Hakim qarşısına çıxarılan qadın Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluqda ittiham edilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqdirləndirilən şəxsin anlet məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, Mehriban Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. O, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə şübhəli bilinir.
4 uşaq anası olan M.Quliyeva 5-ci uşağına da hamilədir. Övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmır.
İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyir. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.
Bildirək ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə, onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.