Pulları "Topaz"da uduzan bank işçisinə ağır cəza istənildi

Beynəlxalq Bankın vəzifəli əməkdaşlarının məhkəməsi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankın (ABB) "Qaradağ" filialının kredit şöbəsinin sabiq baş mütəxəssisi Elnur Hüseynovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Elnur Hüseynovun 11 il, Aqilə Piriyevanın 1 il və Azər İsmayılovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ittihama görə, E.Hüseynov bankda işlədiyi 2012-2015-ci illlər ərzində qulluq mövqeyindən sui-istifadə edərək ayrı-ayrı şəxslərə müraciət edərək, işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyərək kredit götürüb.
O, həm də bankın müştərilərinin imzalarını saxtalaşdıraraq onlardan xəbərsiz adlarına kredit götürməkdə də təqdirli bilinir. İttihamda yazılır ki, o, götürdüyü pulları "Topaz"da uduzub.
E.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bu iş üzrə bankın sabiq əməldaşı Aqilə Piriyeva və Azər İsmayılov da təqsirləndirilən şəxslərdir. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.