Keçmiş MTN generallarının məhkəməsində FHN-in sabiq əməkdaşı dindirilib

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
İlham Abbasov ifadə verib. O bildirib ki, Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov S.Qurbanovda siqaret olmasını deyib: "Vüqar mənə zəng elədi ki, "Rafiq Səfərovda siqaret var, get onu götür, pulunu da mənə ver". Mən də onun dediyini elədim. Siqaretləri Rafiqdən götürdüm, pulunu da Vüqara verdim".
Daha sonra "Ankara" klinikasının həkimi Elşən Tağıyevin epizodu üzrə iki həkim dindirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.