Rusiyada daha bir azərbaycanlı güllələndi

Sankt-Peterburq şəhərinin Novoye Devyatkino qəsəbəsində naməlum kişinin güllələnməsiylə bağlı polisə məlumat daxil olub.
Hadisə haqqında polisə məlumat verən şəxs gecə saat 23:05 radələrində 5 atəş səsini eşitdiyini bildirib.
Hadisə yerindən Toksov xəstəxanasına yaralı halda Azərbaycan vətəndaşının aparılıb. Lakin onun həyatını xilas etmək mümükün olmayıb.
Məlumata əsasən öldürülən şəxs sentyabrın 12-si qohumlarına ziyarət etməyə gəlib və siqarət çəkmək üçün küçəyə çıxan zaman güllələnib.
Polis əməkdaşları "isti izlər"lə qətli törətməkdə şübhəli bilinin 47 yaşlı işsiz kişini saxlayıblar. Ondan "Sayqa" karabin tüfəngi götürülüb. Silah polisdə qeydiyyatda olub.
Polis istintaqı davam etdirir.