Rauf Arifoğlunun atasının Bakıda yas mərasimi keçiriləcək
Media Qrupunun təsisçisi Rauf Arifoğlunun atası Arif müəllimin vəfatı ilə əlaqədar Bakı şəhərində yas mərasimi - cüməaxşamı keçiriləcək.
Bu barədə R. Arifoğlu özü məlumat verib: "Atam Arif Bəşiroğlu Abbasov 78 yaşında qəflətən dünyasını dəyişdi. Onu yaşadığı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində dəfn etdik. Ağır günlərimizdə bizim yanımızda olan, cənazəmizə və dərdimizə çiyin verən, atamıza rəhmət diləyən hər kəsə özümün və ailəmin adından təşəkkür edirəm.
Öncədən də elan etdiyimiz kimi, məsafənin uzaqlığı və digər səbəbdən taziyə mərasimində iştirak edə bilməyən dostlar, yaxınlar üçün Bakıda cüməaxşamı veriləcək. Mərasim 17 avqustda Həzi Aslanov metrostansiyasının çıxışındakı "Zəm Zəm" Mərasim evində (Xətai rayonu, Məhəmməd Hadi küçəsi), saat 12-dən etibarən, keçiriləcək (Qadınlar üçün də eyni saatda, qonşu zalda)".
Abbasov Arif Bəşir oğlu 1939-cu ilin 22 martında Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. İxtisasca müəllim olub və uzun illər kənd orta məktəbində müəllim işləyib. Azərbaycan musiqi alətlərinin (saz, tar) mahir ifaçısı olub. 4 övlad böyüdüb. Onlardan ikisi - Rauf və Azər (Ayxan) Arifoğlular Azərbaycan mediasının tanınmış imzaları sırasındadır.
Arif müəllim 6 avqust 2017-ci ildə qəflətən, ani ölümlə dünyasını dəyişib.
Allah rəhmət etsin.










