Azərbaycanlılara "az yeyin" deyən deputat reanimasiyaya düşdü

Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb.
Deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.
Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, deputatın vəziyyəti orta stabildir.
Qeyd edək ki, yazıçı-deputat bir müddət əvvəl ölkə əhalisinə müraciətlə az yeməyin cana faydalarından danışaraq demişdi:
"İnsanlar anlamalıdırlar ki, ağır zamandır və hamı qənaət etməlidir. Məsələn, az yemək lazımdır. Mən çox adam tanıyıram ki, ət, balıq yemirlər, əvəzində yaxşı formadadırlar. Doğrudan da az yemək lazmdır, bu, sağlamlıq üçün faydalıdır".