Ermənistanda məmur itkin düşüb
Ermənistanın Armavir vilayətinin qubernatorunun məsləhətçisi Manuk Simonyan itkin düşüb.
Bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, artıq polis vilayətin mətbuat xidmətinin müraciətinə əsasən, Simonyanın axtarışı ilə məşğuldur. Hələlik məsələ ilə bağlı hər hansı digər məlumat verilmir.
Ermənistan polisinin mətbuat xidmətinin rəisi Edqar Canoyan isə yalnız bunu deyib ki, polisə Simonyan barədə müraciət 23 iyulda daxil olub.










