İyulun 14 də prokuror Lapşinə cəza istəyəcək

A. Lapşinin barəsində cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məqalələrlə bağlı rəy verən ekspert Almaz Bayramov dindirilib.
O verdiyi rəyi təsdiqləyib: “Lapşin yazılarında Azərbaycan ərazisinin parçalanması ilə bağlı çağırışlar edib, Ermənistanın xeyrinə şuarlar səsləndirib”.
Məhkəmə iyulun 14-nə təyin edilib. Növbəti prosesdə prokruror Lapşinə cəza istəyəcək.