Ali Məhkəmə Rüfət Səfərovun şikayətini təmin etməyib

Bu gün Ali Məhkəmədə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib, hökm qüvvəsində saxlanılıb.
Prosesdə çıxış edən Rüfət Səfərov üzünü hakim Gülzar Rzayeva tutaraq deyib: “Burdakı iki hakimi şəxsən tanımıram. Amma sizin ədalətli, vicdanlı olduğunuza inanıram. Lakin onu da bilirəm ki, heç nə sizin əlinizdə deyil. İmkanınız olsaydı qanunsuzluqlara əl atmazdız. “Yuxarı”dan gələn sifarişi yerinə yetirməyə məcbursuz”.