“Bu, insanlığa sığmayan hücumdur”

Azərbaycanlı biznesmen Mübariz Mənsimov iyulun 4-də ermənilərin vəhşicəsinə qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyevadan danışıb.
Mənsimov hadisəni terror və faşizm adlandırıb:
“İrqindən, dinindən və milliyətindən asılı olmayaraq heç kim bu hadisəyə sadəcə Azərbaycan xalqının problemi kimi baxmamalıdır. 2 yaşlı uşaq vəhşicəsinə qətlə yetirilib. Bu əməl cəzasız qalmamalıdır. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır. Belə tragediyalarınn qarşısı alınmalıdır. Mən Mübariz olaraq buna belə ad verə bilərəm: Terror və faşizm!”