Ölkə yas içində - Fəvvarələr meydanında isə konsert gedir - FOTO

İyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Bütün ölkə əhalisi 18 aylıq Zəhraya görə yasa boğulub.
Hazırda "Tarqovı" kimi tanınan Bakının Nizami küçəsində caz konserti təşkil edilib.
Konsert öz axarı ilə davam edir.