“Ermənistan eynən faşistlərin İkinci dünya müharibəsində etdiyi kimi, günahsız insanları qırır”-Niderland mediası

Niderland mediası Zəhranın faciəsindən yazdı
“Müharibələr uşaqların gələcəyini əlindən alır. Qərb isə buna susur” Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun Niderland mətbuatında çıxan növbəti yazısı belə adlanır. “Uşaqlarsız gələcəyimiz varmı? Təbii ki, yox. Ona görə ki, onlar bizim gələcəyimizdir. Belə deyirik, ancaq demək asandır. Bəs biz uşaqlar üçün nə edirik?” yazı belə başlayır və daha sonra yazıda həqiqətlərimiz oxuculara anlatılmağa çalışılır. Yazının qısa xülasəsi belədir: “Suriya, İraq kimi ölkələrdə gedən müharibələrdən xəbərdarıq. Ancaq bəzi ölkələrin müharibələr nəticəsində nələrə uğradığından xəbərimiz yoxdur, yaxud da özümüzü xəbəri yoxmuş kimi göstəririk. Belə ölkələrdən biri də Azərbaycandır.
Bu ölkənin 20% - dən çox ərazisi, Dağlıq Qarabağ və yeddi başqa rayonu 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. 1992 – ci ildə erməni-rus hərbi birləşmələri Xoclıda çoxsaylı insanları, eləcədə uşaqları qətl etdilər. Biz isə bunları görmədik, ya da görmək istəmədik. Biz susduqca isə dünyada bu cür qətlyamlar davam edəcək. Belə qətllərdən biri də bu günlərdə Azərbaycanın Füzuli rayonunda oldu. Erməni hərbi birləşmələrinin bombardımanı nəticəsində Füzuli rayon sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra qətl edililər. Əslində 1994 – cü ildən Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi bağlanıb. Buna baxmayaraq Ermənistan tərəf vaxtaşırı atəşkəsi pozmaqdadır. Bunun nəticəsidir ki, o zamandan bu günə kimi 32 Azərbaycanlı uşaq erməni gülləsinə tuş gəlib ki, onlardan 13 – ü həlak olub. Rus – Erməni hərbiçiləri Azərbaycan ərzailərini işğal edir, dünya susur.
BMT – nin bununla bağlı dörd qətnaməsinə Ermənistan məhəl qoymur, dünya susur. Rusiya Azərbaycanı əldən verməmək üçün iki dövlət arasında problem yaradıb və həllində də maraqlı deyil. Ermənistan eynən faşistlərin İkinci dünya müharibəsində etdiyi kimi, günahsız insanları qırır. Başqa cür ola da bilməz; bir faşıst generalına öz ölkəsində abidə ucaldan bir dövlətdən bundan başqa nə gözləmək olar? Uşaq qətl edəsən və buna sevinəsən, bax bu kimi olaylar mənə gələcəyə ümidlə baxmağa imkan vermir. Əgər sən uşaq öldürür və buna sevinirsənsə, sən gələcəyi məhv edirsən. Axı uşaqlar bizim gələcəyimizdir. Elə deyil?”