Sabah Zəhraya görə küçələrə axın olacaq

2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar sabah çoxsaylı gənclər təşkilatları tərəfində yürüş keçiriləcək.
Yürüşün istiqaməti də artıq müəyyənləşdirilib.
Yürüş Bridge Plazadan başlayacaq. Gənclər saaat 11.00-da Rusiya səfirliyinin, 11.20 Amerika səfirliyinin, 12.00-da Fransa səfirliyinin qarşısından keçəcəklər.