Avropa İttifaqı Qarabağ münaqişəsi tərəflərini atəşkəsə əməl etməyə çağırıb

Avropa İttifaqı gərginliyin azaldılmasını, dözümlülüyə fəaliyyətdə və sözdə əməl edilməsini gözləyir”.
Bunu Avropa İttifaqı Xarici siyasət xidmətinin mətbuat katibi Maya Kosyançiç son günlər təmas xəttində ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində yaranan gərginliyə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli və atəşkəs rejiminə əməl edilməsi ilə bağlı dəfələrlə bəyanat veriblər: “Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini tamamilə dəstəkləyir, onların iyunun 19-da münaqişə bölgəsində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması çağırışına, eləcə də mövcud danışıqlara məsuliyyət və siyasi iradə ilə yenidən qoşulur”.