Şiələrin kütləvi həbsi davam edir
Birinci şəkildə qol-qola girən 3 dost Nihad Nəzərli, İsmayıl Məmmədov və Cavid Şirinov mart ayının ilk günlərində, Ramazan ayında, orucluykən oğurlanıb. Ailələri onları 3-4 gündən sonra Kürdəxanıda (1 saylı Bakı İstintaq Təcridxanası) tapıblar. Hər üç dostu narkotik ittihamı ilə şərləyib həbs ediblər.
Müsəlman Birliyi Hərəkatının üzvü, keçmiş siyasi məhbus, Samir Babayev 3 ay azadlıqda qaldı və o, Əlikram Namazovla birlikde dindar xanıma dəstək olduqlarına görə narkotik ittihamı ilə şərlənib həbs edildilər.
Beyləqan sakini Rövşən Səlimov və Bakı sakini Oqtay Məmmədov da eyni ssenari ilə narkotik ittihamı ilə şərlənib həbs ediliblər.
Şəkildə gördükləriniz fevral- mart ayında narkotik ittihamı ilə şərlənib həbs edilən şiə dindarların çox az qismidir.
Və bütün həbs edilənlərin əslində çox yaxşı insan olduğunu bilməyiniz çox vacibdir.
Azərbaycanda sifarişli həbslərin iki üzü olur - əsl səbəb və məhkəmənin uydurması. Şəkildə gördüyünüz dindarların hamısının həbsinin əsl səbəbi şərlənib həbs edilən məhbus ailələrinə yardım etmələridir ki, Allahın buyurduğu və milli dəyərlərimizin də tələb etdiyi kimi bu insanlıq borcudur.
Yəni bu ölkədə ancaq hicabı görəndə milli dəyərlərimiz kəlağayı şəklində yada düşür və ya dindarların Aşura günü kədərlənib ağlamasından narahat olurlar, məscidlərdən qovurlar.
Bəs bir ananın övladını və ya bir xanımın həyat yoldaşını oğurlayıb, işgəncə verib, üstünə şər atıb, zindanlara salanda o, insanın yaxinları kədərlənmirlər? Bu qədər tolerantlıq olmaz ki...
P.S
İsmayılov Eynur Hüseyn oğlu və
Nurlu Məhəmmədəli Rafəttdin oğlu da həbs edilənlərin arasındadır amma şəkillərini əldə edə bilmədik. Yəqin ki, tanıyanlar dəstək olacaq bizə.
Qeyd edim ki, fevral -mart ayında narkotik ittihamı ilə şərlənib həbs edilən şiə dindarların sayının 200-ə çatdığı deyilir. Buna baxmayaraq, çox az şəxsin şəklini və haqqında məlumat əldə etmək mümkün olub. Çünki ailələri təhdid edirlər deyə, bu haqsızlığı ictimailəşdirməkdən qorxurlar.










