12 gündür ailəsi Əlikram Namazovla əlaqə saxlaya bilmir
12 gündür ailəsi Əlikram Namazovla əlaqə saxlaya bilmir
Bakı sakini, inanclı Əlikram Namazov 12 mart tarixində işə gedərkən Xırdalan polisi tərəfindən saxlanılıb.
O, 234.1.1 maddəsi ilə ittiham olunub və 14 mart tarixində Xırdalan şəhər məhkəməsinin qərarı ilə 3 aylıq istintaq müddəti təyin edilib.
Ailəsi onu axtarmağa başlayıb. Ailəsinə Əlikramın 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) saxlanıldığını bildiriblər. Ailəsi adıçəkilən müəsissəsəyə üz tutub lakin Əlikram Namazovun orda olmadığını, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığını deyiblər. 1 saylı Bakı İstintaq Təcridxanasında ailəyə görüş və ya telefonla əlaqə saxlamağın müstəntiq tərəfindən qadağan edildiyi bildirilib.
Əlikram Namazovun hüquqlarını müdafiə edən vəkil Rəsul Cəfərov bu qadağanın səbəbini araşdırdığını və gedişatla bağlı bütün hüquqi addımların atılacağını bildirib.
Qeyd edək ki, Əlikram Namazov siyasi məhbus ailələrinə dəstək olduğuna görə narkotik ittihamı ilə şərlənib həbs edilib.
Allah bütün günahsız məhbusların qapısını açsın inşallah










