Hicaba görə Azərbaycanlı qızları orta məktəblərdən qovduran Təhsil Nazirliyi
Bakıdakı yəhudi şagirdlərə başına taxdığı kipanı qadağan edə bilərmi?
Azərbaycanda orta məktəblərdə hicabı qadağan edən və bu "yuxarıdan gələn göstərişdir" deyənlər, Bakıda, başında yəhudi geyimi olan kipa ilə orta məktəblərə gələn yəhudi şagirdlərə bunu qadağan edə bilərsiniz?
Yox, buna cəsarət edə bilməzsiniz!
Bakıdakı yəhudi oğlanlar, orta məktəblərə əynində vahid məktəbli geyimi, başında kipa ilə gəlirlər. Yəhudi oğlanlara "niyə" sualını verməyə qorxan
Təhsil Nazirliyimiz, əynində vahid məktəbli geyimi başında hicabla məktəbə gələn qızlarımızı məktəbdən qovdurur.
Yəhudilərin dini olan iudaizmdə kipa vacib buyrulmayıb. Kipa Ortodoks yəhudilərin gündəlik başına qoyduğu papaqdır. Amma hicab bizim müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulur. Ölkə prezidenti əlini üstünə qoyub and içdiyi Qurani Kərimdə...
Gördüyünüz qərarı bu gün orta məktəblərdən birinin direktoru, hicablı şagirdlərin valideynlərinə verib və deyib ki, hicabın orta məktəblərdə qadağan olunması ilə bağlı rəsmi sənəd istəyirdiniz, buyurun, bu da rəsmi qadağa sənədi.
Maraqlısı odur ki, sənəd illər öncəyə aiddir. O zaman indi niyə tətbiq olunur?
P.S
Gördüyünüz şəkillər Bakıdakı orta məktəblərdə çəkilib.
Biz də Fələstinlilər kimi öz vətənimizdə qəribik










