15 saylı orta məktəbin direktoru hicablı şagirdləri məktəbdən qovub
Sumqayıtda yerləşən Məhəmməd Füzuli adına 15 saylı tam orta məktəbin direktoru Elmira Yaqubova hicablı şagirdləri məktəbdən qovub.
Hadisə martın 12-də baş verib.
Xatırladaq ki, Sumqayıtda yerləşən 17 saylı orta məktəbin direktoru Rəna Abdullayeva hicablı şagirdləri və müəllimləri iki gün öncə məktəbdən qovub. Etiraz edən valideyinlərə görə məktəbə polis çağırıb. O, bildirib ki, hicablı şagirdlərin və müəllimlərin məktəbdən qovulması əmrini yuxarıdan veriblər










