İstanbulda ticarət mərkəzində silahlı insident...
Istanbul Respublika Baş Prokurorluğunun hazırladığı ittihamnaməyə əsasən, 11 sentyabr 2022-ci il tarixində saat 19:00 radələrində Vadi İstanbul Ticarət Mərkəzində yerləşən kafelərdən birində iki qrup arasında silahlı insident baş verib. Hadisə ilə bağlı istintaqa başlanılıb.
İttihamnamədə Azərbaycan vətəndaşları, Azər Amanov, Mehrac Kərimov və Qulam İbrahimov zərərçəkmiş, Gürcüstan vətəndaşları, Gaga Berianidze və barəsində axtarışda olan, Vakhtangi Tsulukidze, eləcə də Azərbaycan vətəndaşları, Murad Muradov, Babək Novruzov, Amil Məmmədov, Şəhriyar Hüseynov, Qoca Aslanov isə müştəki-şübhəli qismində göstərilib.
Təhlükəsizlik kameralarının görüntülərinə görə, tərəflər arasında yaranan mübahisə silahlı qarşıdurmaya çevrilib və qarşılıqlı atəş açılıb. Nəticədə Rakif Əliyev, Mehrac Kərimov və Azər Amanov yaralanıb, hadisə yerində olan Qulam İbrahimov da xəsarət alıb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.










