Abşeron polisi, siyasi fəalın evində axtarış apardı...Həbs olunan var!
20.11.2024-cü il tarixində, Avropada yaşayan siyasi fəal, Pənahov Yusif Canbala oğlunun Saray qəsəbəsində yerləşən ünvanına bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Pənahov Yusifin qardaşı, Pənahov Seyfəddin polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Abşeron RPİ-nə aparılmışdır.
Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Pənahov Seyfəddin polis idarəsində olarkən, ondan qardaşı, Pənahov Yusif barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin Pənahov Seyfəddin, qardaşı Pənahov Yusif ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir. Pənahov Seyfəddin polis idarəsində olarkən qardaşı, Pənahov Yusifin axtarışda olduğu barədə məlumat verilmişdir. Abşeron RPİ-nin əməkdaşları tərəfindən dindirilən, Pənahov Seyfəddin polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının üzvü olan, Pənahov Yusif Canbala oğlu, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Abşeron rayon polis idarəsi ilə telefon əlaqəsi saxlamasına baxmayaraq, telefon zənginə cavab verən olmamışdır.










