Qəbələ polisi siyasi fəalın evində əməliyyat keçirdi... Həbs olunan var!
24.08.2025-ci il tarixində, Avropada yaşayan siyasi fəal, Kərimov Nuramin Xanlar oğlunun Qəbələ rayonunda yerləşən ünvanına bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Kərimov Nuraminin atası, Kərimov Xanlar polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Qəbələ RPİ-nə aparılmışdır.
Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Kərimov Xanlar polis idarəsində olarkən, ondan övladı, Kərimov Nuramin barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin Kərimov Xanlar, övladı, Kərimov Nuramin ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir. Kərimov Xanlar polis idarəsində olarkən övladı, Kərimov Nuraminin axtarışda olduğu barədə məlumat verilmişdir. Qəbələ RPİ-nin əməkdaşları tərəfindən dindirilən, Kərimov Xanlar polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Kərimov Nuramin Xanlar oğlu, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Qəbələ rayon polis idarəsi ilə telefon əlaqəsi saxlamasına baxmayaraq, telefon zənginə cavab verən olmamışdır.










