Polis, siyasi fəalın evində axtarış apardı...
18.01.2024- cü il tarixində, axşam saatlarında, Avropada yaşayan siyasi fəal, Əliyev Vüqar Nazim oğlunun, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən ünvanına bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Əliyev Vüqarın qardaşı, Əliyev Fuad polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Bakı Şəhər Baş Polis İdarəsinə aparılmışdır.
Hüquqşunas, Səfərov Elxanın mətbuata verdiyi məlumata görə, Əliyev Fuad polis idarəsində olarkən, ondan qardaşı, Əliyev Vüqar barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin Əliyev Fuad qardaşı, Əliyev Vüqar ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir.
Polis idarəsində olarkən, Əliyev Fuadın qardaşı, Əliyev Vüqarın axtarışda olduğu barədə məlumat verilmişdir. BŞBPİ-nin əməkdaşları tərəfindən dindirilən, Əliyev Fuad polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Əliyev Vüqar Nazim oğlu, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, BŞBPİ-si ilə telefon əlaqəsi saxlamasına baxmayaraq, telefon zənginə cavab verən olmamışdır.










