Siyasi fəal, Vüqar Məlikovun ailəsinə təzyiq olundu...
13.05.2025- ci il tarixində, səhər saatlarında Avropada yaşayan siyasi mühacir, Məlikov Vüqar Eldar oğlunun Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ünvanına bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Məlikov Vüqarın anası, Məlikova Cəmilə polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Nəsimi RPİ-nə aparılmışdır.
Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Məlikova Cəmilə Xansuvar qızı polis idarəsində olarkən ondan oğlu, Məlikov Vüqar Eldar oğlu barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin, Məlikova Cəmilə, oğlu, Məlikov Vüqar ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir.
Polis idarəsində olarkən, Məlikova Cəmilə Xansuvar qızına oğlu, Məlikov Vüqar Eldar axtarışda olduğu barədə məlumat verilmişdir. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən dindirilən, Məlikova Cəmilə polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Məlikov Vüqar Eldar oğlu, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Nəsimi rayon polis idarəsi ilə telefon əlaqəsi saxlamağımıza baxmayaraq, zəngimizə cavab verən olmamışdır.










