Səbail rayonunda faciə ilə nəticələnən dəhşətli hadisə baş verib!

Ötən gecə Səbail rayonunda faciə ilə nəticələnən dəhşətli hadisə baş verib. Ata, qısqanclıq zəmnində öz övladını binanın ikinci mərtəbəsindən aşağı atıb.
Belə ki, həyat yoldaşı ilə boşanan, Əliyev Rafiq keçmiş həyat yoldaşı, Abasova Şahnazın kirayədə qaldığı evə gələrək onlara xəsarət yetirib. Münaqişənin daha da, ciddiləşdiyini görən Abasova Şahnaz yaşadığı evin eyvanına çıxaraq ərazidə yaşayan insanları kömək üçün səsləmişdir.
Abasova Şahnazın bu hərəkətinə daha da, qəzəblənən, Əliyev Rafiq evin eyvanına tərəf gələrək, Abasova Şahnazın qarşısını almağa çalışmışdır.
Bu zaman, anası ilə birgə yaşayan 14 yaşlı uşaq, atasını tutduğu əməldən çəkindirmək üçün onun arxasınca evin eyvanına tərəf qaçmış və bu zaman atasının vəhşiliyinin qurbanına çevrilmişdir. Ata öz övladını götürərək binanın 2-ci mərtəbəsindən yerə atmışdır.
Ağır bədən xəsarətləri alan 14 yaşlı uşaq, təcili yardım vasitəsilə xəstəxanaya çatdırılmışdır. Əliyev Rafiq hadisə yerində, Səbail rayon Polis əməkdaşları tərəfindən həbs edilmişdir.
Gundemxeber.info