Polis siyasi fəal, Əhmədov Əhmədin evində axtarış aparıb...

16 dekabr 2024-cü ildə günorta saatlarında, Baki şəhəri, Nizami rayon polis idarəsinin əməkdaşları, siyasi fəal, Əhmədov Əhmədin yaşadığı və qeydiyyatda olduğu evdə axtarış aparmışdır.
Bu haqda media orqanlarına siyasi mühacirin atası, Əhmədov Vidadi vəkil vasitəsilə məlumat vermişdir.
Nizami rayon sakini, Əhmədov Vidadinin bildirdiyinə görə 5 nəfər mülki, 3 nəfər polis geyimində olmaqla ümumilikdə 8 nəfər polis əməkdaşları siyasi fəal, Əhmədov Əhmədin yaşadığı ünvana gəlmişdirlər. Əhmədov Vidadinin bildirdiyinə görə, icazəsiz evə daxil olan polis əməkdaşları əvvəlcə siyasi fəal, Əhmədov Əhmədin hal-hazırda evdə olduğunu iddia edərək axtarış aparmış, daha sonra isə heç bir protokol tərtib etmədən evdən bir neçə sənəd və şəxsi əşyaları müsadirə edərək götürmüşdür.
Əhmədov Vidadi müraciətində bildirmişdir ki, polis əməkdaşları onu zorakı şəkildə xidməti avtomobillərinə əyləşdirərək, Nizami rayon polis idarəsinə gətirmişdirlər. Polis idarəsində olarkən, Əhmədov Vidadiyə oğlu, Əhmədov Əhmədin hal-hazırda ölkə daxilində axtarışda olduğu barədə məlumat verilmiş və saxlanılmasına səbəb, oğlunun siyasi fəaliyyəti ilə bağlı olduğu barədə məlumat verilmişdir. Əhmədov Vidadinin bildirdiyə görə, dindirilmə zamanı polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təzyiqlər olunmuşdur. Təxminən 1 gün Nizami rayon polis idarəsində saxlanıldıqdan sonra müxtəlif tapşırıqlar verilərək, Əhmədov Vidadi sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün bildiririk ki, siyasi fəal, Əhmədov Əhməd Vidadi oğlu siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən həbs və təzyiqlərə məruz qalmışdır. Bu səbəbdən artıq bir neçə müddətdir ki, ölkə ərazisini tərk etmək məcburiyyətində qalmışdır.