Hövsan yolunda ağır qəza
Ötən gecə Hövsan yolunda bədbəxt hadisə vermişdir. Belə ki, Lexus markalı avtomobilin sürücüsü, İbrahimov Teymur Taleh oğlu (ad şərti verilmişdir) idarəetməni itirərək yolu keçmək istəyən 65 yaşlı Hövsan qəsəbə sakini, Məmmədova Pərvanə Teymur qızını (ad şərti verilmişdir) vuraraq yolun kənarına atmışdır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisəni törədən sürücü, İbrahimov Teymur Taleh oğlu və onun avtomobilində əyləşən bir nəfər sərnişin, xəsarət alan qadına ilkin tibbi yardım göstərərək, hadisə barədə təcili tibbi yardım mərkəzinə müraciət etmişdir.
Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan, Məmmədova Pərvanə Teymur qızı həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır.
ICXEBER.info










