Məbuatı susdurmaq "cəhdləri"...

30 dekabr 2021-ci ildə qutudan çıxan deputatlar Azərbaycanda müstəqil medianı, azad jurnalistləri susdurmaq üçün yeni qanun qəbul ediblər.
Bu o deməkdir ki, yeni qanuna əsasən bundan sonra jurnalistlər hər hansı bir mövzunu işıqlandırmaq üçün, xalqın, ölkənin real problemlərini çəkib bu haqda bəhs etmək üçün hökumətdən icazə almalı olacaqlar. Bunu sadə dildə izah etsək məsələn, onlayn qəzetimizin müxbirləri vətəndaşlar arasında sorğu keçirtmək, şəhərdə hər hansı bir etiraz aksiyasını lentə almaq üçün və ya istənilən korrupsioner məmurun zibillərini ortaya çıxarmaq üçün hökumətdən icazə almalı olacaqdır.
Milli Məclisdə qəbul olunmuş bu qanun ölkədə olan müstəqil jurnalistlərin boynuna atılmış bir zəncirdir. Yəni biz bundan sonra hökumətdən icazə almadan nəyisə çəkib işıqlandırsaq bizi cəza gözləyir. Azərbaycan hakimiyyəti bu qanunu qəbul etməklə boş yerə ölkədə olan azad jurnalistləri susdurmasq istəyir, çünki buna müvəffəq olmayacaq.
Azad Mətbuat susdurula bilməz!
Yusif Rəsulov