Helikopter qəzasında yaralanan sərhədçilərin son durumu açıqlanıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan hərbi qulluqçuların son durumu açıqlanıb.
"İç xəbər" NOCOMMENT-ə əsasən xəbər verir ki, xidmətin hospitalına yerləşdirilən polkovnik-leytenant Emil Cəfərovla kapitan Ramin Ədilovun müalicəsi davam etdirilir.
Qeyd edilib ki, hazırda hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür.NOCOMMENT