Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbərinin məhkəməsi gələn həftə davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) həbsdə olan keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadəsini davam etdirən Rasim Quliyev özünü günahkar saymadığını deyib.
Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.