Şəhid Şəhriyar Qasımovun xatirə lövhəsinin açılışı olub

"Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində fəaliyyət göstərən 411 saylı ATS-in qarşısında şəhid Şəhriyar Qasımovun xatirə lövhəsinin açılışı olub.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Qeyd edək ki, Şəhriyar Vəzir oğlu Qasımov 26 oktyabr 2020-ci il tarixdə Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Binəqədi rayonu filialında çalışıb.