Türkiyədə son dəqiqə xəbəri: Nazir hamının gözlədiyi xəbəri açıqladı

Muğlanın Fəthiyə, Hatayın Kırıkhan və Adananın Kozan bölgələrindəki meşə sahələrində başlayan yanğınlar nəzarət altına alınıb.
Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli açıqlama verib.
O, 85 meşə yanğınından 74-nün nəzarət altına alındığını bildirib.
Pakdəmirli Adanada 2, Antalyada 3, Mərsində 3, Muğlada 2, Osmaniyədə 1 olmaqla, ümumilikdə 11 yanğının davam etdiyini bildirib.
Onun sözlərinə görə, Muğlanın Fəthiyə, Hatayın Kırıkhan və Adananın Kozan bölgələrindəki meşə sahələrində başlayan yanğınlar da nəzarət altına alınıb.