Şəhid və qazi övladları Ordu gününü belə qeyd etdilər
Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bayram tədbiri keçirilib.
Tədbirdə nazirliyin rəsmiləri, hərbçilər, ictimaiyyət nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, ziyalılar, sənət adamları ilə yanaşı, Vətən Müharibəsi qaziləri, şəhid övladları və ailə üzvləri də iştirak edib.
Çıxış edənlər 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıblar. Azərbaycan dövlətinin bundan sonra da daim şəhid və qazilərin ailə üzvlərinə və övladlarına xüsusi diqqət və qayğı ilə yanaşacağı vurğulanıb.
Təntənəli tədbir musiqi proqramı, müxtəlif əyləncəli oyunlar, şəhid və qazi övladlarının dəniz gəzintisi ilə davam edib. Daha sonra şəhid və qazi övladları hərbçilərlə birgə nahar ediblər.










