70-ə yaxın hərbçi müasir protezlərlə təmin edilib

Vətən müharibəsində yaralanan qazilərin müasir protezlərlə təmin edilməsi prosesi davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.
Onun sözlərinə görə, artıq 70-ə yaxın hərbçimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir protezlərlə təmin edilib: "Bunlar yeni nəsil protezlərdir. Həmin protezlərin təqdim edilməsi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün böyük töhfə verəcək".