Azərbaycanda seçicilər deputatı kənddən qovdu

81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovla seçiciləri arasında insident yaşanıb.
İÇXƏBƏR xəbər verir ki, bununla bağlı kadrlar sosial şəbəkələrdə yayımlanıb.
Məlumatlara əsasən, hadisə Beyləqanın Kəbirli kəndində baş verib. Seçicilər deputata iradlar bildirir və onlarla görüşməməkdə təqsirləndirirlər.
Bəzi mətbuat orqanları isə yazır ki, Ş.İsmayılov həmin kənddən qovulub.