Baydenin ağlasığmaz Qarabağ planı: “Rusiyaya qarşı kart.

“ABŞ-dan Türkiyəyə qarşı soyqırım şəri PKK əməliyyatından sonra atıldı. Türkiyə buna cavabı yenə də, PKK-yə qarşı əməliyyata başlamaqla verdi”.
Bunu türk siyasi ekspert Taha Dağlı deyib.
“Prezident Ərdoğan Baydenlə danışıb dəstəyi asdıqdan sonra hərbi qüvvələrimiz İraqın şimalında PKK terror təşkilatına qarşı “Pəncə-Şimşək” və “Pəncə-İldırım” əməliyyatlarına başladı. Artıq orada PKK-ya sığınacağı bir dəlik də yoxdur. “Pəncə” əməliyyatlarının Sincarda davam etdiriləcəyi gözləniləndir”, - ekspert bildirib.
Baydenin soyqırım iftirasına gəldikdə, Taha Dağlı qeyd edib ki, Amerika lideri məlum açıqlamasında yunanlara da xoş görünməyə çalışıb:
“Bayden o mətndə “İstanbul” ifadəsinə yer vermir, Yunanıstanı məmnun etmək üçün “Konstantinopol” ifadəsini işlədir. Yeni Zelandiyada məscidlərdə müsəlmanlara qarşı qətliam törədən terrorçunun dediyi kimi... O terrorçu da, qətliamı elan edərkən, “Konstantinopol” deyirdi.
Əlbəttə, Bayden ermənilərə qucaq açdı, amma hamısına yox. Xüsusilə, soyqırım iftirası ilə israrla Ermənistanın başında dayanmasını istədiyi Paşinyana hədiyyə vermək istədi. Çünki ABŞ Paşinyanın əlini gücləndirməklə Qafqazı dizayn etmək istəyir. ABŞ Qarabağda özünə yer edən Rusiyaya qarşı Paşinyanı meydana çıxara bilər. Bu da bölgədə aranın yenidən qarışmasına yol aça bilər. Baydenin “soyqırımı” açıqlamasına Ermənistan müxalifətinin verdiyi təpkiyə baxdıqda, hər şey aydın olur. Çünki Paşinyan əleyhdarı olan rusiyayönümlü ermənilər ABŞ-ın bu “soyqırımı” açıqlamasıyla Qarabağda nəzarət mərkəzi quraqcağına inanır. ABŞ illərdir əlində tutduğu “kart”ı indi oynadı. Həm Ermənistan, həm Yunanıstan, həm də PKK üçün...”.