Əli Əsədov BP-nin regional prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 13-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.
"İç xəbər" xəbər verir ki, bu barədə Modern.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.