Nazirliyin gənc əməkdaşı koronavirusdan vəfat edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı koronavirusdan vəfat edib.
"İç xəbər" oxu.az-a istinadən xəbər verir ki, Nazirliyin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev bir müddət əvvəl COVİD-19 virusuna yoluxub.
Xəstəxanaya yerləşdirilməsinə və həkimlərin göstərdikləri bütün səylərə rəğmən nazirliyin gənc əməkdaşı koronavirusdan vəfat edib.