Azərbaycanda yaşa görə pensiya alanların sayı açıqlandı

2021-ci ilin mart ayında yaşa görə pensiya alanların sayı açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) yayılan məlumata görə, yaşa görə pensiya alanların ümumi sayı 715 mindən çox olub.
Rəsmi məlumata görə, onların 60%-ni qadınlar, 40%-ni isə kişilər təşkil edib.