Cahangir Əsgərov işçilərin maaşını 2 aydır vermir: AZAL-da baş verənlər…

“AZAL-ın işçiləri yazırlar ki, 2 aydır maaşlarını ala bilmirlər. Baxmayaraq ki, AZAL pandemiya zamanı da bəhrələnənlərdən olub”.
Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.
Bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb: “AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula uçuşa artan tələbatdan sui-istifadə edərək, gediş gəliş biletini dəfələrlə bahalaşdırıb. AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti indiyə qədər geri qaytarmayıb. Bəlkə də Cahangir Əsgərov AZAL-ın işçilərinin əmək haqlarını qəsdən vermir ki, bu ilin büdcəsindən də maliyyə yardımı alsın”.
İqtisadçı hamını bu vəziyyətə etraz etməyə səsləyib, “AZAL-ın monopoliyasına son!”, “Həqiqi rəqabət mühiti üçün ölkəyə başqa aviaşirkətlərin buraxılması səlahiyyəti AZAL-dan alınsın!”, “Rəqabətli mühit, ucuz biletlər istəyirik” kampaniyasına qoşulmağa çağırıb.