Tarixdə ilk: Şimal Buzlu Okeanını gəmi ilə keçdilər

Tarixdə ilk dəfə bir gəmi buzla örtülü olduğu üçün hər il iyul-noyabr ayları arasında dəniz nəqliyyatının həyata keçirildiyi Şimal Buzlu Okeanı keçməyi bacarıb.
Rusiya Nüvə Enerji İdarəsi (ROSATOM) tərəfindən verilən açıqlamada 300 metr uzunluğunda “Christophe de Margerie” adlı gəminin Sibirin şimalındakı Yamal yarımadasından yola çıxdığı və mayeləşdirilmiş təbii qazın Çinə çatdırıldığı bildirilib.
ROSATOM yükünü boşaldan gəminin yanvarıb 27-də Çinin Xianqsu limanından çıxaraq Rusiyaya yola düşdüyünü və fevralın 19-da buzla örtülü Berinq boğazından keçərək Şimal Buzlu Okeanından Yamal yarımadasına çatdığını açıqlayıb.
ROSATAM gəminin Arktik dənizindəki səyahətinin görüntülərini mətbuata təqdim edib və tarixdə ilk dəfə bir gəminin qış aylarında bu marşrutla hərəkət etdiyini və ümumilikdə 2500 dəniz mili qət etdiyini bildirib.