Nazir müavini xəstəxanaya yerləşdirildi

Gənclər və İdman Nazirinin müavini, Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində problem yaranıb.
"İç xəbər" Unikal.org-a istinadən məlumatına görə, nazir müavini paytaxdakı xəstəxanalardan birinə yerləşdirilib.
İ.İsmayılov Unikal.org-a açıqlamasında səhətində problem olduğunu təsdiqləyib və hazırda müalicəsini davam etdirdiyini deyib.
