Ermənilərin atıb qaçdığı xeyli sayda patron aşkar edildi (FOTO)

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Suma kəndi ərazisində düşmənə məxsus səngər və istehkamlara baxış keçirib.
Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 5 232 müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.