Ermənilər Kəlbəcərə gəldilər – Rusiya Müdafiə Nazirliyi

Dünən 15 “erməni zəvvar” Kəlbəcərdəki Xudavəng monastır kompleksini ziyarət edə bilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Zəvvarların” Rusiya sülhməramlılarının müşayiəti ilə kompleksin ərazisinə buraxıldığı qeyd olunub.
Təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindən biri memarlıq kompleksinin yaxınlığında yerləşir.