Məmurların ölkədən çıxardığı milyardlar geri qaytarılacaq?

Azərbaycan hakimiyyətində kök atmış oliqarxiyanın sıradan çıxarılması prosesi həm də ölkədən çıxarılan milyardlarla vəsaitin geri qaytarılmasına hesablanıb.
Həm müharibə, həm koronavirus pandemiyası ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Neft pulları isə artıq əvvəlki qədər başgicəlləndirən məbləğlərlə ölçülmür. Bu səbəbdən iqtidarın zirvəsində təmsil olunanlar tez-tez "postneft dövrü” ifadəsindən istifadə edirlər. Deməli, artıq "qara qızıl” əvvəlki kimi Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli faktor hesab edilmir.