İrəvanda aksiya: itkin hərbçilərin yaxınları naziri tələb edir

Ermənistan paytaxtında növbəti etiraz aksiyası keçirilib.
"İç xəbər" erməni mediasına istinadən xəbər verir ki, Qarabağ döyüşlərində itkin düşən hərbçilərin yaxınları Müdafiə Nazirliyinin qarşısına toplaşıblar.
Onlar müdafiə naziri Vaqarşak Arutyunyanla görüş tələb ediblər. Bəyan ediblər ki, nazir onları qəbul etməsə, nazirliyin qarşısından bir addım da geri çəkilməyəcəklər.
“Bizə bildirdilər ki, nazir yerində yoxdur, görüşdədir və onun bizi nə vaxt qəbul edəcəyini bilmirik”, etirazçılardan biri bildirib. Hazırda əsgər valideynləri Müdafiə Nazirliyinin qarşısındadırlar.
Qeyd edək ki, bu gün də Qarabağ bölgəsində meyitlərin axtarışları davam etdirilib.