Tağı Əhmədov xəstəxanaya yerləşdirildi - VƏZİYYƏTİ AĞIRDIR

"Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb.
"İç xəbər" "Yeni Sabah"a istinadən xəbər verir ki, onun ayaqları tutulub. T. Əhmədov Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.
Onun ayaqlarının tutulmasına səbəb ağır şəkər xəstəliyi olub.
Hazırda metropolitenin keçmiş rəisinin vəziyyətinin ağır olduğu bildirilir.